16 milyonluq mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai istintaq bitib.
“Qafqazinfo”nun məlumatına görə, İsayevin 3 aylıq həbsdə saxlama müddəti başa çatıb.
Bu səbəbdən ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror eyni qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Binəqədi Rayon Məhkəməsi təqdimatı əsası hesab edib. R.İsayevin həbs müddəti Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası baş tutacaq günə kimi - 1 ay uzadılıb.
Qeyd edək ki, 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilən R.İsayev 2023-cü ilin iyulunda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib.
- “Turan Tovuz” uduzdu, Berdiyevin istefasını tələb etdilər - Video
- Gürcüstanın bu zavodu rus neftindən tamamən imtina etdi
- Ermənilərdən daha çox erməni ola bilmərik - Peskov
- Suriyada tayfalar arasında silahlı qarşıdurma: ölənlər var
- Şimali Kiprdə gəminin batması ilə bağlı 8 nəfər saxlanıldı
- Türkiyədə sahilə pilotsuz kater çıxdı
- Onların nefti ilə strateji ehtiyatımızı artıracağıq - Tramp
- Həmin bərədə Azərbaycan vətəndaşları da olub