Ukraynaya əsas dəstək verən dövlətlərdən biri Böyük Britaniyadır. Bu ölkənin Baş naziri Rişi Sunak bir müddət əvvəl Kiyevə səfər edərək Ukrayna ilə təhlükəsizlik sahəsində strateji saziş imzaladı. Daha sonra digər ölkələr də Ukrayna ilə oxşar sazişə imza atdılar.
BUTA.TV xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzi qeyd edib.
Analizdə vurğulanıb ki, Rişi Sunak keçmiş baş nazir Devid Kemeronu xarici işlər naziri təyin etdikdən sonra Londonun xarici siyasətində fəallıq artıb:
“Devid Kemeron ölkəsinin iki tərəfdaşı olan ABŞ və Fransadakı mümkün dəyişikliklərə hazır olmanın vacibliyi qənaətindədir. ABŞ-da Donald Trampın, Fransada isə Le Penin prezident seçiləcəyi təqdirdə London siyasətini yeni reallıqlara uyğunlaşdırmaq məcburiyyətində qalacaq. Kemeronun mövqeyi belədir ki, ABŞ və Fransada hakimiyyətə kim gəlirsə gəlsin, London Vaşinqton və Parislə tərəfdaşlığını davam etdirməlidir. Qəzzada bombardmanlar davam edərkən Böyük Britaniyanın İsrailə silah satışı Kemeronu narahat etmir. Çünki İsrail ona lazım olan silahların yüzdə birini Böyük Britaniyadan alır. İsrail silah və hərbi texnikaya olan tələbatının böyük hissəsini ABŞ-dan əldə edir.
Kemeron ölkəsi üçün iki istiqamətdən təhlükənin olduğu qənaətindədir. Kemeron Rusiyanın durdurmağın vacibliyi ilə yanaşı Çinin aqressiv siyasətindən də narahatdır”.
Təhlildə xatırladılıb ki, Kemeron baş nazir olduğu illərdə Böyük Britaniya ilə Çin arasında əməkdaşlığa üstünlük verirdi. Hazırda isə şərtlər dəyişib.
- Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı
- Diqqət: Azərbaycanlılar bu müharibəyə cəlb edilir
- Sənan Şahbəndəyev işdən çıxarıldı
- “Nərimanov”da qatar yoluna düşən sərnişin öldü
- Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?
- Nurullayevlərin toyu: Aygün və Nanəyə nə qədər ödəniş edilib?
- Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto
- Nəzrinin ölümünə görə həbs edilən həkim azadlığa buraxıldı