Qvadelupa xalqı neçə əsrdir ki, Fransanın boyunduruğu altında yaşayır.
BUTA.TV “Afrika Xəbərləri” (Новости Африки) Teleqram kanalına istinadən xəbər verir ki, bu sözləri Qvadelupa Milli Alyansının beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Patrik Tasita öz açıqlamasında deyib.
O, müstəqilliyi müdafiə edənlərin Parisin təzyiqləri ilə üzləşdiyini qeyd edib:
“Bizim ittifaq Qvadelupa adasında müstəmləkəçiliyə qarşı və müstəqillik uğrunda mübarizə aparan siyasi təşkilatdır. Qvadelupada vəziyyət çox ağırdır. Burada heç nə istehsal olunmur, istehsal olunan hər şey isə Fransaya gedir. Biz beynəlxalq ictimaiyyətə güvənirik, lakin Fransa bizi xarici dünyadan təcrid etməyə çalışır. Müstəmləkəçilikdə olan əraziləri nəzərə almasanız, Fransa kiçik bir ölkədir və dünya bunu bilməlidir. Bizim zəngin resurslarımız var və buna görə də Fransa ərazimizi tərk etmək istəmir”.
Tasita Azərbaycanın kömək gözlədiklərini vurğulayıb:
“Sizdən kömək istəyirik. Bütün dünya sizi tanıyır və biz istəyirik ki, sizin vasitənizlə dünya bizim problemimizdən xəbər tutsun. Biz də başqa ölkələr kimi müstəqil olmaq istəyirik. Bu, bizim üçün çox vacibdir”.
Qeyd edək ki, Qvadelupa adası Fransanın Karib dənizinin şərq hissəsindəki regionu və dəniz departamentidir. Ada Napoleon müharibələri dövründə, yəni 1810-cu ildə Fransa tərəfindən işğal edilib. 1628 kvadrat kilometr ərazisi, 400 min nəfərə yaxın əhalisi var.
- Azərbaycan müdafiə xərclərini artırır - MN
- Xəzər dənizi ilə bağlı kritik görüş
- Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
- Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı
- Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?
- Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov
- Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı
- Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb