Əgər hökumət indiki kursunu davam etdirsə, Avropa Birliyi Gürcüstana qapılarını bağlayacaq.

BUTA.TV xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“İndi AB-nin qapıları Gürcüstan üçün açıqdır. Amma hökumət gördüyü işləri davam etdirsə, bu qapılar bağlanacaq”, - Borrell bildirib.

Qeyd edək ki, Gürcüstan parlamenti “Xarici təsiri şəffaflığı haqqında” qanun layihəsini qəbul etdikdən sonra Qərblə Tiflisin münasibətlərində ciddi problemlər yaranıb.

Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO