Dağıstanda son baş verənlərin heç biri təsadüfi deyil. Vladimir Putinin Şimali Koreya və Vyetnama səfərindən sonra Ukraynanın Sevastopola endirdiyi raket zərbələri Moskvaya verilmiş açıq mesaj idi. Ancaq Dağıstanda yaşananları daxili və xarici qüvvələrin qarışıq şəkildə atdığı bir addım kimi dəyərləndirmək mümkündür.
Bu sözləri BUTA.TV-a açıqlamasında Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
“Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun övladlarının və qardaşı oğlunun polisə atəş açanların içərisində olması, provaslavlar üçün müqəddəs hesab edilən bazar günündə kilsə və sinaqoqun hədəf alınması, orada 40 ildən artıq çalışan din xadiminin öldürülməsi hadisənin həm daxili çəkişmənin, həm də xarici dairələrin fəaliyyətinin nəticəsi olduğunu üzə çıxarır. Bu qədər təsadüfün bir anda baş verməsi mümkün deyil. Bununla yanaşı, biz “Krokus Siti Holl”da baş verən terror aktından fərqli olaraq, Dağıstandakı hadisələrlə bağlı yanaşmaların müxtəlif olduğunu deyə bilərik. “Krokus”da Putin və yaxın ətrafı birbaşa Ukraynanı günahlandırdı, burda isə dövlət başçısı susub, Moskvaya yaxın qruplar aktın arxasında Rusiyaya qarşı olan radikal dini qrupların dayandığını, Dağıstandakılar isə xaricdən qaynaqlandığını deyirlər. Ancaq konkret şəkildə təşkilatçıların hansı qüvvələr olduğunu demək üçün dərin və çoxşaxəli kəşfiyyat araşdırması tələb edilir”, - professor bildirib.
Alim Dağıstandakı silahlı hücumun bütün parametrlər üzrə konkret terror aktı kimi qiymətləndirilməsinin hələ tez olduğunu vurğulayıb:
“Biz Rusiyanın dövlət rəsmilərinin açıqlamalarına əsasən son silahlı hücuma terror aktı deyirik. Amma təfərrüat tam üzə çıxmadığı üçün bunun terror aktı, dar çərçivədə hansısa məqsədə çatmaq üçün törədilən cinayət, yaxud daxili çəkişmə olduğunu demək çox çətindir. Çünki hər şey bir-birinə qarışıb və cavab tələb edən açıq suallar həddindən çoxdur. Yəni terror aktı olması üçün arxasında bir terror təşkilatı durmalıdır. Amma burda terror təşkilatı yoxdur, öldürülən silahlı şəxslərin əksəriyyəti eyni kənddəndir, bir-birinə qohumdur və s. Əlbəttə ki, müəyyən müddət keçdikdən sonra hər şey daha da aydınlaşacaq”.
Qeyd edək ki, 23 iyunda Mahaçqala və Dərbənddə baş verən silahlı hücum nəticəsində ən azı 16 polis, 5 mülki şəxs ölüb, onlarla yaralı var.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir