Azərbaycanla müxtəlif sahələrdə effektiv əməkdaşlığımız var.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, o, bu gün Bakıda keçirdiyi görüşlərdə regional vəziyyəti, əməkdaşlığı müzakirə edib, son illər ərzindəki vəziyyəti nəzərdən keçirib.
Blinkenin köməkçisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb.
Amerikalı diplomat qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür.
O əlavə edib ki, münaqişənin həlli bütövlükdə region üçün səmərəli olacaq, eyni zamanda, bunun iqtisadi səmərələri olacaq.
C.Obrayen görüşlər zaman Azərbaycanın COP29-a sədrliyini də müzakirə etdiyini vurğulayıb:
“Biz Azərbaycana bu prosesdə texniki dəstək verəcəyik. Biz iqlim dəyişikliyini ciddi qlobal çətinlik hesab edirik”.
- Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr
- İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?
- ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!
- Qaliblər Vətəndə belə qarşılandı - Video
- Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
- Bakıda İsrail və Suriya arasında kritik görüş: Barrak da qatılır
- BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov
- Dumanın deputatı: Azərbaycandan nümunə götürün!