Lənkəranda qohumunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini İ.Babayev saxlanılıb.
Qeyd edək ki, mübahisə şəxsi zəmində baş verib və tərəflər yeznə - qayındır.
Bıçaqlanan şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi