Buta.tv xəbər verir ki, jurnalist Jalə Həsənli öz feysbuk hesabında qiymət artımlarını şərh edib.
Jurnalistin şərhini təqdim edirik: İctimai nəqliyyatdan istifadə etməyənlər yenə avtobus və metronun qiymətini qaldırıblar:
▪️ Avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib.
▪️ Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilib.
▪️ Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Bu da son deyil. Qiymətlərin qalxması ilə “zibilə düşdüyümüzə görə”, deyiblər daha sanballı düşək və #zibilpulu nu da artırıblar.
Hə, birdən qiymət artımına görə səhhətiniz pisləşsə, deyim biləsiniz ki, #dərman ların da qiyməti artıb.??♀️
#qismətolsayaşayarıq
- Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto
- Nəzrinin ölümünə görə həbs edilən həkim azadlığa buraxıldı
- Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər?
- MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto
- Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi
- Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür
- Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!