Almaniyada keçirilən AVRO-2024 çərçivəsində Türkiyə millisinin oyunçusu Merih Demirelin Avstriya ilə oyunda qələbə sevinci gündəm olub.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, 2-1 Türkiyənin qələbəsi ilə başa çatan oyunda hər iki qolun müəllifi olan M.Demirel oyunun sonunda meydançada “Bozqurd” işarəsi göstərib.
Futbolçunun bu addımı böyük maraqla qarşılanıb. Həmin anın görüntüləri sosial şəbəkələrin Türkiyə və xarici seqmentində sürətlə yayılır.
Futbolçu oyun sonrası müsahibəsində jurnalistin sualına cavabında, “İlk olaraq deyim ki, türk olmağımla qürur duyuram”, - sözləri ilə başlayıb.
Milli komandanın digər üzvü Samet Akaydının da qələbə paylaşımı diqqət çəkib. Futbolçu X hesabında “Dar gəlmişdi Ergenekon Türklərə, nərəmiz yüksəlirdi göylərə”, - yazıb.
Maraqlıdır ki, 2019-cu ildə Avstriya hökuməti “radikallıq və siyasi İslam”la mübarizə başlığı altında “Bozqurd” simvolu daxil fərqli qruplara aid bir neçə simvolun istifadəsini qadağan edib. Bununla bağlı ölkədə “Simvol qaydası” qəbul olunub.
Qeyd edək ki, Merih Demirel Avstriya-Türkiyə qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.
- BMT Ağdamdakı mina partlayışını araşdıracaq
- Ermənistan sülh sazişinə bunu salmaq istəyirdi - Video
- Ştaynmayerin Azərbaycana səfəri başa çatdı
- İlham Əliyev və Ştaynmayer konsertdə iştirak etdi
- Ev sahibləri barışıq şərtini açıqladı: Bu məbləğ ödənilsə...
- Ştaynmayer İçərişəhərlə tanış oldu - Foto
- Ştaynmayer Ağ Şəhərdə - Foto
- Məhərrəmov torpağımda dəbdəbəli villa tikib - Polkovnik