Azərbaycanın həm Türkiyə, həm də Pakistanla ikitərəfli əlaqələri xalqlarımızın qardaşlığına, tarixi və mədəni bağlarına, qarşılıqlı hörmət və etimada əsaslanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimiz davamlı və hərtərəfli inkişaf, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq səviyyədə birgə fəaliyyət və dəstəklə səciyyələnib.
BUTA.TV xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualına cavabında söyləyib.
“Üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, Müdafiə nazirlikləri səviyyəsində indiyə qədər bir sıra üçtərəfli görüşlər, tədbirlər və təlimlər keçirilib, əhəmiyyətli məsələlər üzrə razılıqlar əldə edilib və əməkdaşlıq daha da genişlənib. Xüsusilə vurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir”, - deyə mətbuat katibi bildirib.
A.Hacızadə diqqətə çatdırıb ki, Astanada liderlər səviyyəsində keçirilmiş bu görüş üç ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi, məhz liderlərin rəhbərliyi ilə üçtərəfli əməkdaşlıq platformasının güclənməsi və müntəzəm şəkildə təşkili, Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək.
- Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto
- İlham Əliyev Britaniya Kralını təbrik etdi
- İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov
- Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi
- Bayramov Arakçı ilə danışdı
- Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə hazır idik!
- İranın raketlərinin 25%-i İsrail müdafiəsini keçə bilib
- Ermənistanda bu sözə qıcıqlanırlar: Həmişə zarafatla deyirəm ki…