Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısı ilə bağlı müzakirələr artmaqdadır.
YAP-ın namizədləri ilə bağlı dünən yazdığımız xəbərdə bir sıra məşhur deputatlarının yeni parlamentdə təmsilçiliyinə icazə verilməyəcəyi bildirilirdi.
Gununsesi.info-nun daha bir araşdırması zamanı bəlli olub ki, YAP-ın namizədləri siyahısına yeni isimlər əlavə olunub. Bunlar Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri Elman Rüstəmov və İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevdir. Məlumata görə hər iki şəxs YAP-ın deputatlığa namizədləri kimi elan olunacaq.
Rövnəq Abdullayevin 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi irəli sürüləcək.
Elman Rüstəmov gəlincə, onun da namizədliyi 120 Saylı Cəbrayıl Seçki Dairəsindən elan olunacağı deyilir.
- 16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxundu
- AYNA: Bu məbləğ 266 manatdan 50 manata endirildi
- 82 yaşlı kişi sobanın üzərinə düşdü, yanaraq öldü
- Yeniyetmə həmyaşıdları tərəfindən döyüldü - Rəsmi
- Sayt rəhbərinə hökm oxundu
- Baş nazirdən “yaşıl bina” ilə bağlı sərəncam
- 79 yaşlı QHT sədri faciəli şəkildə öldü - Foto
- Məşhur türkiyəli aktrisa vəfat etdi - Foto