Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov "Əməkdar həkimi" təqaüdə göndərib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Fikrət Əhəd oğlu Aslanov FHN-nin nəzdində "İzotop" xüsusi kombinatının direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Fikrət Aslanov 2020-ci ilin dekabr ayında ölkə başçısının müvafiq sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.
Xatırladaq ki, "İzotop" xüsusi kombinatı radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi, uzunmüddətli saxlanılması və basdırılması, radioaktiv mənbələrin, materialların və radioizotoplu cihazların nəqli, xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiyası, ərazilərdə, təşkilatlarda və radiasiya qurğularını istismar edən müəssisələrdə radioloji monitorinq və dezaktivasiya, radioekoloji monitorinq üzrə fəaliyyət göstərir.
- İlham Əliyev 2 fərman imzaladı
- Attestasiyadan kəsilən kitabxana işçiləri... – Nazir müavini
- “Gənclik”dəki avtobus dayanacağı yoxa çıxdı – Foto
- İranda daha iki etirazçı edam edildi, bir qadın güllələndi
- Türkiyədən gətirilmiş bu qida məhsulu məhv edildi - Foto
- Əliyevlə Putin telefonla danışdı
- Sabah 40 dərəcə isti olacaq
- Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı