Prezidentin başçı təyin etdiyi Məmmədxanov kimdir?

15:12 - 8 İyul 2024 - GÜNDƏM

 Prezidentin başçı təyin etdiyi Məmmədxanov kimdir?

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyevin sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

BUTA.TV xəbər verir ki, S.Məmmədxanov 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.

1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.

1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" İstehsalat Birliyində baş mühasib vəzifəsində çalışıb.

Bu xəbər hal-hazırda çox oxunur
Siqaretlə bağlı cərimə qəbul edildi

1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

1999-cu ildə "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.

2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə vergilər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Ailəlidir. İki övladı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol