Türkiyə millisinin və Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunun müdafiəçisi Merih Demiral “Fənərbaxça”ya keçə bilər. “BUTA.TV” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, İstanbul klubu təcrübəli oyunçu üçün artıq danışıqlara başlayıb. Qeyd edək ki, Merih Demiral “Fənərbaxça” Futbol Akademiyasının yetirməsidir. O, karyerası ərzində “Sportinq”, “Sassuolo”, “Yuventus” və “Atalanta” forması geyinib. O, ötən mövsüm transfer olunduğu “Əl Əhli”də 21 matçda meydan çıxıb, 1 qol, 1 assistlə yadda qalıb.
Merih Demiral Türkiyə millisinin heyətində 48 oyun keçirib və 4 qol vurub.
Müdafiəçi daha çox AÇ-2024-də Avstriyanın qapısına vurduğu iki qolla gündəmə gəlmişdi. O, qol sevincini “bozqurd” işarəsi tutaraq qeyd etmişdi və UEFA tərəfindən 2 oyunluq cəzalandırılmışdı.
- Mehdiyevin onların əmlaklarını əlindən alması...
- Tramp 8 deyil, 1 müharibəyə son qoyub
- Əliyev Piterə gedəcəkmi? - Bizim üçün çox vacibdir
- Rusiya Azərbaycanın mülkünə iddia etdi
- Biləsuvar gömrüyündə nə baş verir? - Video
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...