Bütün dünyada olduğu kimi ölkəmizdə də ikinci əl əşya və geyimlərin satışı təşkil olunur. “Memi” adlandırılan dükanların hamısında brend markalı geyimlər alıcılara dəfələrlə ucuz qiymətə təklif olunur.
Çoxu bu geyimlərin müəyyən dəri xəstəliklərinə səbəb ola biləcəyi ehtimalını nəzərə alaraq bundan istifadə etmir. Amma “Memi” mağazalarında müşahidələrimiz onu göstərdi ki, geyimlərə maraq var və mağazalara heç də sosial təminatı aşağı olan insanlar gəlmir. Həmin brend markalı geyimləri orta təbəqənin insanları da ucuz qiymətə satın alırlar.
Bu mağazalarda geyimlə bərabər tekstil məhsulları, ayaqqabılar, idman ləvazimatları da tapmaq mümkündür. Hətta uşaqlar üçün də geyilmiş paltarlar sərgilənib.
“İkinci əl” geyimlərin vətəni
Bəs bu geyimlər ölkəyə hardan gətirilir?
Satıcıların dediyinə görə, geyimlər Avropadan, xüsusilə, Hollandiyadan gətirilir.
Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da geyimlərin Hollandiyadan gəldiyini təsdiqləyib:
“Kanada, Almaniya və digər Avropa ölkələrində insanlar lazımsız əşya və geyimləri xüsusi yerlərə qoyurlar. Sonra da bələdiyyə işçiləri götürərək utilizasiyaya aparırlar”.
Araşdırmamıza görə, bütün Avropadan olan “ikinci əl” geyimlər Niderlanddakı böyük paltar bazasına toplanır. Orada dezinfeksiya olunur və müxtəlif ölkələrə, o cümlədən, Azərbaycana göndərilir.
Sözügedən mağazalarda müşahidə elədiyimiz digər məsələ isə qoxu ilə bağlıdır. Demək olar ki, bütün “Memi”lərin özünəməxsus qoxusu olur. Bu qoxu yuyucu məhsulları, dərman preparatı və ya kimyəvi maddə qoxusuna bənzəyir. Satıcılar qoxunun geyimləri dezinfeksiya edərkən istifadə edilən maddələrdən gəldiyini deyirlər.
Nəzarətsiz “Memi”lər
İkinci əl” geyim dükanlarına necə nəzarət olunur?
2016-cı ildə Nazirlər Kabineti “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı” təsdiqlənib. Lakin bu siyahıya geyilmiş paltarlar daxil edilməyib.
Eyyub Hüseynov saytımıza bildirib ki, insanlar bu geyimləri alarkən onları dezinfeksiya etməlidirlər:
“Geyilmiş paltarlar qaynar suda yuyulmalı, ütülənməlidir. Çünki belə olmazsa, bir sıra dəri xəstəliklərinin yaranmasına səbəb ola bilər”.
O, azyaşlılar üçün bu geyimlərin istifadəsinin əleyhinə olduğunu qeyd edib.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır