Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlama verib.
“BUTA.TV” xəbər verir ki, o, Almaniya “Kayzerslautern”i (1:3) və Çexiya “Viktoriya”sı (2:1) ilə iyulun 9-da keçirilən yoxlama oyunları barədə fikirlərini bildirib. Mütəxəssis deyib ki, Avstriyadakı ilk oyun günü yaxşı alınıb.
“Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi. İki yaxşı rəqiblə qarşılaşdıq. Hava şəraiti çox isti olsa da, oyunlar dinamik keçdi. Düzdür, günün ilk matçında məğlub olduq. Amma bu görüşdə qolları fərdi səhvlərdən buraxdıq” - deyə Q.Qurbanov bildirib.
Baş məşqçi Avstriyadakı hazırlıq prosesini də dəyərləndirib: “Hazırlığın vacib olan ikinci mərhələsindəyik. Mövsümün hazırlıq prosesini yoxlama oyunları ilə tamamlamaq istəyirik. Bu gün keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım. Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir. Bu müddətdə futbolçuların idman formalarını tam geri qaytarmalı və bəzi texniki səhvləri aradan qaldırmalıyıq. Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçir. Avstriya toplanışında olduğumuz müddətdə onların hər birindən razıyam”.
- Ceyhun Bayramov Keniyaya yola düşdü
- Qərbi Azərbaycan yaradıla bilər - Krılov
- Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya
- 28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan
- İlham Əliyevdən millinin qələbəsinə reaksiya - Foto
- Rusiya niyə atəşkəsdən qorxur?
- Rusiya və Ukrayna razılaşdı: 6 min cəsəd təhvil veriləcək
- Qarabağda yaralar sürətlə sağalır, biz də... - Ərdoğan