Prezident İlham Əliyevin Pakistan səfəri iki kontekstdə əhəmiyyətlidir. Birincisi, iki ölkənin strateji əməkdaşlığının yeni mərhələyə daşınması, ikincisi isə dəyişən geosiyasi proseslərdə, xüsusilə Avrasiyanın yeni qurulan təhlükəsizlik xəritəsində yeni ittifaqların qurulması.
Bunu BUTA.TV-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Prezident İlham Əliyevin Pakistan səfərini şərh edərkən deyib.
Politoloq bildirib ki, Azərbaycan-Pakistan münasibətlərinin tarixi kökləri var:
“Bu əlaqələr tarixin sınağından çıxıb, hətta Pakistan daxilində siyasi böhranlar yaşansa belə, Azərbaycana münasibət dəyişməyib. Pakistanda yaxın dövrdə daha bir siyasi böhran yaşanmışdı, Şərifin hakimiyyətə gəlişindən sonra ölkə normallaşma prosesinə qayıtdı. Prezident İlham Əliyevin İslamabada səfəri Pakistanın yeni dövründə ikitərəfli münasibətləri inkişaf etdirmək baxımından əhəmiyyətlidir”.
A.Camal vurğulayıb ki, Azərbaycan və Pakistan münasibətləri təkcə iki ölkənin yox, ümumilikdə Avrasiyanın gələcəyi üçün önəmlidir:
“Avrasiyada yeni təhlükəsizlik arxitekturasının qurulması müzakirə olunur və yeni dövrdə müxtəlif ölkələr arasında qeyri-rəsmi ittifaqların yaranmasını müşahidə edirik. Türkiyə-Azərbaycan-Pakistan ittifaqı hər üç ölkənin milli maraqlarının müdafiəsi, həm də Avrasiyanın təhlükəsizlik sistemində güclü olmaq baxımından vacibdir. Ankara, Bakı və İslamabad bu istiqamətində uğurlu əməkdaşlıq qura biliblər. Prezident İlham Əliyevin İslamabad səfəri həm də bu kontekstdə diqqət çəkir”.
Politoloq Prezident İlham Əliyevin Pakistanda qarşılanma mərasiminə də xüsusi diqqət çəkib. Qeyd edib ki, belə qarşılanma Pakistanın Azərbaycana verdiyi önəmlə yanaşı, dünyaya da birlik mesajının çatdırılmasına xidmət edir:
“Azərbaycan Prezidentinin təyyarəsi Pakistan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərəfindən qarşılandı. Həmçinin Şahbaz Şərif hava limanına şəxsən gəldi, liderlərin səmimi görüşü də diqqətçəkicidir. Əliyevin keçdiyi yollar Azərbaycan bayrağının rəngləri ilə bəzədilib. Bununla yanaşı, Prezident İlham Əliyev Şərqdə tarixi ənənə olan toplardan yaylım atəşinin açılması ilə qarşılanıb. Möhtəşəm görüntülər var. Bütün bunlar Prezident İlham Əliyevə və Azərbaycana verilən dəyərin, həmçinin, Pakistan-Azərbaycan qardaşlığının göstəricisidir”.
A.Camal Prezident İlham Əliyevin Pakistan səfərinin ikitərəfli münasibətlərlə yanaşı, Avrasiyada da proseslərin inkişafına yön verəcəyini düşünür.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir