Azərbaycanın nəqliyyat naziri olmuş Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qatılacaq. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elton Məmmədov namizədliyini 94 saylı Ucar seçki dairəsindən naziməd olmaq niyyətindədir. Məlumata görə, o, artıq sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib. Elton Məmmədov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. "Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlərimi 94 saylı dairə seçki komissiyasına təqdim etmişəm", deyə keçmiş deputat bildirib.
Qeyd edək ki, Elton Məmmədov 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. O, 2000-2015-ci illərdə 91 saylı Ucar seçki dairəsindən 3 çağırış Milli Məclisin deputatı olub, 13 may 2019-cu ildən 28 noyabr 2019-cu ilə qədər AzTU-nun strateji inkişaf üzrə prorektoru, 28 noyabr 2019-cu il tarixindən 16 yanvar 2020-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, 16 yanvar 2020-ci il tarixindən Azərbaycan Milli Elmlər Akademiyası İşlər idarəsinin müdiri vəzifələrində çalışıb.
- Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?
- Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib
- Bakının bu ərazilərində işıq olmayacaq
- Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu
- Mayda çökən körpünün yerində yenisi tikildi - Video
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi
- Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama