Donald Trampın reytinqi onsuz da indiki Ağ Ev sahibi Cozef Baydenin reytinqini üstələyirdi, uğursuz sui-qəsddən sonra prezident seçkisi öncəsi aralarındakı fərq birincinin xeyrinə daha da artacaq.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu Pensilvaniyada seçki mitinqi zamanı prezidentliyə namizəd Donald Trampa sui-qəsdi cəhdi və onun xəsarət alması haqda qeyd edib.
“Qatilin son video müraciətində “Trampa və respublikaçılara nifrət edirəm” ifadəsi də Trampın və onun seçki təbliğatının işinə yarayacaq. Bu, insan psixologiyası ilə əlaqəlidir. Növbəti aylarda Trampa sui-qəsd mövzusu daima müzakirə predmeti olacaq, onun özü də hər dəfə onu durdurmaq istəyənlər barədə açıqlamalar verəcək. Bu hadisədən sonra demokratların Cozef Baydenə təzyiqləri daha da artacaq, məğlubiyyətin qarşısını almaq üçün onun geri çəkilməsi, yerinə daha cavan və iddialı namizədin irəli sürülməsi çağırışları güclənəcək”, - o bildirib.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video