Aralıq dənizi pəhrizi yuxunu normallaşdırır daha dərin və rahat yuxu təmin edir.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, bunu dietoloq Tatyana Solntseva deyib.
O bildirib ki, Aralıq dənizi pəhrizində çoxlu bitki mənşəli qidalar, zeytun yağı, balıq, eləcə də digər dəniz məhsulları var.
“Bundan əlavə, pəhrizdə sadə karbohidratlar da qadağan deyil. Bu tərkibdə olan qidaları da minimal miqdarda yemək olar. Araşdırmalara görə, bu tip pəhrizə riayət edən insanların yuxusu daha keyfiyyətli olur”, - deyə dietoloq qeyd edib.
Onun sözlərinə görə, bu cür qidalanma bədəni sinir sisteminə, yuxuya getmə prosesinə və müvafiq olaraq yuxu keyfiyyətinə təsir göstərən minerallarla təmin edir.
“Yuxu keyfiyyətinə aktiv həyat tərzi, həmçinin yatmazdan beş saat əvvəl kofeinli içkilər içməyi dayandırmaq da müsbət təsir göstərir”, - Tatyana Solntseva vurğulayıb.
Mütəxəssis, həmçinin axşam yeməyində yağlı yemək yeməməyi tövsiyə edib. O, qida rasionuna zülal və lif daxil etməyin də yuxu keyfiyyətini artırdığını diqqətə çatdırıb.
Qeyd edək ki, daha öncə fizioloq Aleksandr Sozıkin sağlam yuxu üçün qida rasionuna albalı əlavə etməyi məsləhət görüb.
“Bundan əlavə, D3, C, E vitaminləri və fol turşusu faydalı təsir göstərir”, - deyə mütəxəssis vurğulayıb.
- Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos
- Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan
- İlham Əliyev Davosda panel iclasda iştirak etdi
- Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu
- Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama
- 2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı
- Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama
- İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı