Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq.
BUTA.TV xəbər verir ki, Astara XS ərazisində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən Astara rayonu “Ərçivan”QPS-dən qıdalanan Ərçivan qəsəbəsində ŞQTM-800 markalı tənzimləyicinin və diametri 100 mm-lik siyirtmənin quraşdırılması məqsədilə 420 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Eləcə də Lənkəran rayonu ərazisində yerləşən “Hirkan” QPS-dən qidalanan Şilim kəndində qaz kəmərində aşkar olunmuş sızmanın aradan qaldırılmasından ötrü sabah saat 10:00-dan işlər başa çatanadək Moğonojba, Seyidəkəran, Tütəpeştə, Kənarmeşə, Şilim və Aşağı Nüvədi kəndləri olmaqla ümumilikdə 3000-ə yaxın abonentin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
- Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto
- Nikol hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - Şok
- Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi
- Pezeşkian Bakıdan qayıdandan sonra bu paylaşımı etdi
- Nağıyevdən Əfqanıstanla bağlı açıqlama: Bakı hər zaman...
- Bakıda Əfqanıstanla bağlı tədbir keçirildi
- Pakistan səfiri: Hindistan üçün dua edirəm… - Foto
- Ukrayna İstanbulda razılaşmalı idi, indi isə… - Şərh