Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə aparılıb, digərləri isə xəstəxanaya özləri gəliblər.
Hazırda vəziyyətlərinin normal olduğu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
- Bakı, Aşqabad və Daşkənd üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir
- Paşinyan Bakı ilə razılaşmadan danışdı
- Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
- KİV: İrəvan Bakı qarşısında silahlarla bağlı öhdəlik götürüb
- Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok
- “Sədərək”də yanğın gecə saatlarında şiddətləndi - Video
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...