Məhbus din xadiminin vəziyyəti ağırlaşdı

12:22 - 17 İyul 2024 - GÜNDƏM

 Məhbus din xadiminin vəziyyəti ağırlaşdı

5 aydan çoxdur Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı din xadimi və mədəni fəal Əbdüləziz Əzimi Qədiminın vəziyyəti aclıq aksiyası keçirdiyinə görə ağırlaşıb.

BUTA.TV xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, 34 gündür aclıq aksiyası keçirən din xadimi 15 kq çəki itirib, səhhətində ciddi problemlər yaranıb və həbsxanadan kənar xəstəxanada müalicəsinə icazə verilmir.

Qeyd edək ki, Əbdüləziz Əzimi Qədimin qanunsuz həbs edilməsi və barəsində saxta ittihamlar irəli sürülməsinə etiraz olaraq və açıq məhkəmə iclasının keçirilməsi tələbi ilə aclıq aksiyası keçirir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol