Dövlət Neft Fondu 3 ayda 10 tondan çox qızıl alıb

14:08 - 17 İyul 2024 - GÜNDƏM

 Dövlət Neft Fondu 3 ayda 10 tondan çox qızıl alıb

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

BUTA.TV ARDNF-ə istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə Fondun investisiya portfelinin 7 milyard 499 milyon dollarlıq hissəsini (13,2%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 1 milyard 75.6 milyon ABŞ dolları və ya 14.3% artırıb. Belə ki, cari ilin II rübündə Fonddun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8%) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, ARDNF bu ilin ilk rübündə 10 tondan çox qızıl alıb. Belə ki, 1 aprel 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 104,6 ton təşkil etdiyi halda iyull ayının 1-nə bu rəqəm 114.9 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son üç ayda 10.3 ton artırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol