Rusiya iyulun 15-dən Ermənistan meyvə və tərəvəzlərini qəbul etməyi dayandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Veterinar və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbərinə göndərdiyi məktubda bildirilib.
Rəsmi izahat budur ki, aprel ayından Ermənistan meyvə-tərəvəzlərində pestisidlərin olması yüksəkdir.
Məktub iyulun 4-də “Rosselxoznadzor”un sədr müavini Karmazinin imzası ilə göndərilib. Məktuba əlavə olaraq məhsullarının Rusiyaya tədarükü qadağan edilən tədarükçü şirkətlərin 18 səhifəlik siyahısı verilmişdir ki, bu da bütün meyvə-tərəvəz istehsalçılarını nəzərdə tutur.
- İlham Əliyev gərginlik keçirən generallara deyir ki...
- Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...
- Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev
- Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?
- Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan
- DTX-nin saxladığı başçının köməkçisi danışdı
- Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır