Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin və müavini Ramiz Tatarovun kassasiya şikayətinə baxılıb.
BUTA.TV xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, N.Quliyevin hüquqi varisi qismində tanınmış qardaşı 600 min manatlıq əmlakın müsadirədən azad edilməsini istəyirdi.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
N.Quliyev 2021-ci ildə həbsxanada ölüb.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb. Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məclləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
- Suriyada tayfalar arasında silahlı qarşıdurma: ölənlər var
- Şimali Kiprdə gəminin batması ilə bağlı 8 nəfər saxlanıldı
- Türkiyədə sahilə pilotsuz kater çıxdı
- Onların nefti ilə strateji ehtiyatımızı artıracağıq - Tramp
- Həmin bərədə Azərbaycan vətəndaşları da olub
- Nyu-Cersidə atışma: 2 ölü, 9 yaralı
- Bakıda leysan olacaq, rayonlara dolu düşəcək
- Gəmi qəzası: Ərdoğan türk xalqına başsağlığı verdi