Zaxarova Ermənistanı təhqir etdi: İstifadə edib, atırlar!

20:38 - 18 İyul 2024 - GÜNDƏM

 Zaxarova Ermənistanı təhqir etdi: İstifadə edib, atırlar!

Ermənistan Qərblə əməkdaşlıq edərək öz təhlükəsizliyini riskə atır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Ermənistanda NATO ilə qarşılıqlı əlaqəni artırmağa üstünlük verirlər - təbii ki, bu qəribə hadisədir. Onlar Vaşinqtonda keçirilən alyans sammitində iştirak ediblər, birgə hərbi manevrlər keçiriblər. Bunun bariz nümunəsi kimi ölkə ərazisində keçirilən "Eagle Partner 2024" birgə ABŞ-Ermənistan təlimlərini misal çəkmək olar.Bu təkcə təəssüf deyil, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur, çünki AB və ABŞ bir çox ölkələrlə belə maxinasiyaları dəfələrlə edib. Bunun necə bitdiyini çox yaxşı bilirsiniz: Onlardan istifadə olunur, sonra gərəksiz kimi atılırlar”, - deyə Zaxarova bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol