Çin elmi tədqiqat qrupu xərçəngin patoloji görüntülərini ətraflı oxuya bilən çoxyönlü süni intellekt modeli hazırlayıb.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, süni intellekt modelini Çinin Hərbi Hava Qüvvələri Tibb Universiteti, Tsinghua Universiteti və süni intellektlə əlaqəli texnologiyalar istehsal edən “SenseTime” şirkətinin tədqiqatçıları ərsəyə gətiriblər. Onlar bunun üçün təxminən 300 min rəqəmsal patoloji təsvirdən istifadə ediblər.
Tədqiqatçılar çox yönlü süni intellekt modelinin 20-dən çox orqanı analiz edə biləcəyini ifadə ediblər. Həmçinin buraya pan-xərçəng təsnifatı, lezyonların tanınması, çoxsaylı xərçəng və biomarkerlərin qiymətləndirilməsi də daxildir.
"PathOrchestra" adlandırılan çox yönlü süni intellekt tətbiqi 50-yə yaxın xərçəng hadisəsində 95 faizdən çox dəqiqliklə diaqnoz qoyub.
Tətbiqin Çinin süni intellekt sahəsində sürətli inkişafının göstəricisi olduğu vurğulanıb.
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi
- Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
- Bakıda arvadını öldürən kişiyə ağır cəza...
- "Amay"ın qarşısında kişinin başına daş düşdü