İstirahətə gedən ailə Şabranda qəzaya düşdü
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, yük maşını (TIR) yolda hərəkətdə olan zaman eyni istiqamətdə hərəkətdə edən VAZ-21099 markalı minik avtomobilinə arxadan çırpılıb.
Hadisə zamanı avtomobildə olan Tərtər rayon sakinləri - 1975-ci il təvəllüdlü Eldar Məmmədəli oğlu Əliyev, 1984-cü il təvəllüdlü Aygün Rəhbət qızı Əliyeva, 2007-ci il təvəlludlü L.Əliyeva, 2008-ci il təvəllüdlü E.Əliyev, 2010-cu il təvəllüdlü H.Heybətov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar. Onların Xaçmaza istirahətə getdikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"