Dünyanın ən bahalı qapıçıları müəyyənləşib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, Gürcüstan millisinin üzvü Georgi Mamardaşvili və Portuqliya yığmasının qolkiperi Dioqu Koşta AVRO-2024-dən sonra dünyanın ən bahalı qapıçıları olub.
23 yaşlı gürcüstanlı qapıçı siyahıda birinci, Portuqaliya yığmasının 24 yaşlı üzvü isə ikinci pillədə yer alıb. Hər iki qapıçın qiyməti 45 milyon avro olaraq dəyərləndirilib. 3 və 4-cü yerlərdə müvafiq olaraq Fransanın PSJ klubundan Canluici Donnarumma, Almaniya təmsilçisi "Borussiya"dan (Dortmund) Qreqor Kobel yer alıb. Bu qapıçıların qiyməti isə 40 milyon avro olaraq dəyərləndirilib.
Qeyd edək ki, Gürcüstan millisi 1/8 finalda İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq Avropa çempionatında mübarizəni dayandırıb. Ümumilikdə 4 oyunun hamısında iştirak edən G.Mamardaşvili 29 seyvlə yadda qalıb ki, bu da AVRO-2024-ün rekordu olub.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video