“Saxtakar Co Bayden prezidentliyə namizəd olmaq üçün uyğun deyildi və heç vaxt da olmayıb”.
“BUTA.TV” xəbər verir ki, bu sözləri Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp özünün sahibi olduğu “Truth” sosial şəbəkəsində qeyd edib.
“O, Prezidentliyə yalanlarla, saxta xəbərlərlə və öz zirzəmisindən çıxmamaqla gəlib. Onun həkimi və mediası da daxil olmaqla ətrafındakıların hamısı bilirdi ki, o, prezident olmaq iqtidarında deyil. İndi görürsünüz o, ölkəmizə nələr edib? Milyonlarla insan bizim sərhədimizdən yoxlanışsız keçib. Bir çoxu həbsxanalardan, psixi müəssisələrdən qaçan terrorçulardır. Onun prezidentliyinə görə çox əziyyət çəkəcəyik, amma vurduğu ziyanı qısa zamanda aradan qaldıracağıq. Amerikanı yenidən qüdrətli edin!” , - Tramp qeyd edib.

- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video