Elman Rüstəmov “Premium Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2,5 mln manat məbləğində kredit götürüb. Heç bir gəliri olmayan şəxsin adına və məlumatsız digər vətəndaşın əmlakını qanunsuz girov qoymaqla. İndi də “Premium Bank” həmin əmlaka göz dikib ki, pulumu verin. İşə Yasamal rayon məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədova baxır.
BUTA.TV-nin xəbərinə görə, bunu vəkil Əkrəm Həsənov bildirib.
"Uzun fasilədən sonra sabah növbəti iclas olacaq. Bankdan kredit dosyesini tələb edirəm ki, gətir görək bu krediti necə vermisən, gətirmir, qorxur. Hakimə vəsatət verirəm ki, dosyeni bankdan tələb etsin, təmin etmir. İndi əmlakı ondan xəbərsiz girov qoyulmuş və mənimsənilməsi təhlükəsi olan vətəndaş haqqını necə tələb etsin? Ay bank, qanuni kredit vermisənsə, niyə sənədləri gizlədirsən? Ay hakim, kredit üzrə işə sənədləri görmədən necə baxıb qərar verəcəksən?" - o qeyd edib.
- Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...
- Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...
- Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
- Trampın Azərbaycana göndərdiyi məktubda bu sözlər diqqət çəkdi
- "Baku Energy Forum"u başladı
- OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı
- Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
- Ceyhun Bayramov Keniyaya yola düşdü