Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun geri çağırılacağı və Şuşadan parlament seçkilərinə qatılacağı haqda iddia yayılıb.
BUTA.TV xəbər verir ki, buna səbəb P.Bülbüloğlunun “Novoyevremya.com” saytına müsahibəsidir. Səfir bildirib ki, şuşalılar onu deputat seçəcəyi təqdirdə, onların etimadını doğrultmaq üçün hər şey edəcək.
“Şuşadan deputat olmaq böyük şərəfdir” deyən xalq artisti namizəd olub-olmadığı haqda ümumiyyətlə danışmayıb, sadəcə, jurnalistin Şuşadan deputat olması ilə bağlı sualını “Fikirlərimi praktik olaraq oxuyaraq maraqlı sual verdiniz” kimi cavablandırıb.
Qeyd edək ki, səfir geri çağırılmadan seçkilərdə iştirak edə bilməz. Digər tərəfdən, ən geci 2 avqusta qədər təsdiqlənmiş namizədin topladığı imza vərəqələrini seçki komissiyasına təhvil verməsi lazımdır. Namizədin irəli sürülməsi və təsdiqlənməsi üçün 5 gün tələb olunduğunu, həmçinin imza toplanmasının bir neçə gün çəkdiyini nəzərə alsaq, P.Bülbüloğlu və yaxud kiminsə namizədliyini bundan sonra irəli sürməsi və qeydə alınması praktik olaraq mümkün deyil.
Ona görə də P.Bülbüloğlunun bu sözünü sadəcə arzu kimi qiymətləndirmək olar.
- Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?
- Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?
- Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var
- Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat
- Paşinyan Azərbaycanla sərhəddə
- Yevgeni Belousov Bakıdan Moskvaya uçdu
- Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı
- Bu, Zəfərin mühüm strateji mərhələsi idi