Haniyəyə görə İran müharibə etməyəcək - KİV

18:02 - 31 İyul 2024 - GÜNDƏM

 Haniyəyə görə İran müharibə etməyəcək - KİV

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü İran-İsrail müharibəsinə gətirib çıxarmayacaq.

BUTA.TV xəbər verir ki, bunu “Nyu York Tayms” yazıb.

“Heç bir tərəf Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı deyil. Haniyənin ölümü Tehran üçün aprelin 1-də İranın Suriyadakı səfirliyində yüksək rütbəli SEPAH zabitlərinin öldürülməsi ilə müqayisədə daha az itkidir”, - nəşr bildirib.

Nəşrin yazdığına görə, Haniyənin ölümü HƏMAS-n məhv olması demək deyil:

“HƏMAS oxşar vəziyyətlə çox üzləşib və bu onun daha da güclənməsinə səbəb olub. Haniyəni əvəz edəcək bir çox başqa liderlər var, çünki HƏMAS konkret şəxslərə deyil, öz institutlarına güvənir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol