"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.
BUTA.TV xəbər verir ki, bu, "Ludoqorets" olub. Bolqarıstan təmsilçisi 2-ci mərhələnin cavab görüşündə Minsk "Dinamo"suna 0:1 hesabı ilə uduzsa da, ilk oyunda 2:0 hesablı qələbə qazandığı üçün mərhələ adlayıb.
"Qarabağ"la "Ludoqorets" arasında ilk görüş avqustun 6-da Bakıda keçiriləcək. Cavab qarşılaşması isə avqustun 13-də Bolqarıstanda olacaq.
Qeyd edək ki, "Qarabağ" 2-ci mərhələdə Cəbəllütariq "Linkoln"unu mübarizədən kənarlaşdırıb - 2:0, 5:0.
- Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya
- 28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan
- İlham Əliyevdən millinin qələbəsinə reaksiya - Foto
- Rusiya niyə atəşkəsdən qorxur?
- Rusiya və Ukrayna razılaşdı: 6 min cəsəd təhvil veriləcək
- Qarabağda yaralar sürətlə sağalır, biz də... - Ərdoğan
- Rusiyanın “Pörl Harbor”u: Putinin cavabı necə olacaq?
- Nazir Rahim Hüseynova yüksək vəzifə verdi