Xəbər verdiyimiz kimi, tanınmış kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.
BUTA.TV xəbər verir ki, Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində oxuyub. Sərbəst güləş üzrə ondördqat (!) Azərbaycan çempionudur.
2007-ci ildə o, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.
1989-cu ildən Kiyev şəhərində yaşayırdı. 4 övladı var.
Olduqca zəngin adam olan Krapivinin Kiyevdə çoxsaylı ticarət mərkəzləri, mülkləri mövcuddur. “Forbes”in məlumatına görə, Oleq Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdədir.
“Bakinski” həm də uzun müddət Ukraynadakı Azərbaycan diasporuna ciddi dəstək verməsi ilə məşhurdur.
Hətta açıqlamalarının birində “Mən öz avtoritetimdən Ukraynada yaşayan azərbaycanlıların müdafiəsi naminə istifadə etmişəm və edəcəm də. Bu mənim bir azərbaycanlı, şamaxılı kimi borcumdur” demişdi.
Oleq Krapivin diaspor fəaliyyətinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalına da layiq görülmüşdü.
Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı.
- İki gün ard-arda baş verən mina partlayışları... - XİN
- Təyyarə Ermənistanı keçib Azərbaycana endi...
- Saleh Səmədov həbs edildi
- Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur?
- Vasif Talıbovun səhhəti pisləşdi - Ölkədən buraxılmadı
- Türkiyə və Gürcüstan din xadimləri Şuşada
- Moskvanın Zəngəzur planları: Sülh prosesinin əhəmiyyəti...
- Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər