Türkiyə sülh diplomatiyasının mərkəzidir - Fidan

00:44 - 2 Avqust 2024 - GÜNDƏM

 Türkiyə sülh diplomatiyasının mərkəzidir - Fidan

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi səyləri sayəsində sülh diplomatiyasının mərkəzi olmağa davam edəcəkdir.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan X səhifəsində yazıb.

“Bu gün Ankarada tarixi məhbus mübadiləsi prosesi baş tutdu. Bu əməliyyatda iştirak edən Milli Kəşfiyyat Təşkilatını (MİT) təbrik edirəm”, - deyə Fidan bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ arasında Ankarada MİT-in təşkilatçılığı ilə məhbus mübadiləsi baş tutub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol