Baydenlə Netanyahu telefonla danışdı, Harris də qoşuldu

09:18 - 2 Avqust 2024 - GÜNDƏM

 Baydenlə Netanyahu telefonla danışdı, Harris də qoşuldu

ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirəcəyini elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı müzakirə aparılıb.

Telefon danışığı zamanı ABŞ-ın təhdidlərə, o cümlədən ballistik raketlərə və pilotsuz təyyarələrə qarşı İsrailin müdafiəsini dəstəkləmək səyləri və sadiqliyi müzakirə olunub.

Tərəflər regionda gərginliyin azaldılması üçün davamlı səylərin vacibliyini vurğulayıblar.

Telefon danışığına vitse-prezident Kamala Harris də qoşulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol