Erməni aktivist Bakıya gəlmək istəyir

12:16 - 2 Avqust 2024 - GÜNDƏM

 Erməni aktivist Bakıya gəlmək istəyir

Erməni aktivist Tatul Asilyan Bakıya gəlmək istədiyini bildirib.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, o bununla bağlı Feysbukda paylaşım edib.

Asilyan tərəflər arasında tezliklə sülhün bərpa olunacağını bildirib:

“Bakını görməyi çox arzulayıram. Yollar tezliklə açılacaq və mən gedəcəm. Sülh yaxındır”.

Asilyanın bu paylaşımı Ermənistanda xüsusən revanşizm tərəfdarlarından narazılıq yaradıb.

Qeyd edək ki, Asilyan Paşinyanın açıq tərəfdarlarından sayılır. O bu il Paşinyanın partiyasından çıxarılıb. Buna səbəb Asilyanın Qarabağ erməniləri ilə bağlı etdiyi çıxış olub. Asilyan Ermənistanda etiraz edən Qarabağ ermənilərini ölkədən deportasiya etməyə çağırmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol