Bakıda 199 və M8 nömrəli müntəzəm avtobus marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 2-5 avqust tarixlərində Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəlixan Xoyski küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulmasıdır.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar sözügedən müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Hacıbəyli küçəsi və Vaqif prospekti ilə təşkil edilib.
- Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…
- Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?
- Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan
- Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat
- Ərdoğandan Zəngəzur açıqlaması: İstərdik ki, İran…
- Xankəndidə saxta erməni tarixini təbliğ edən mağara - Video+Foto
- İlham Əliyev Trampın məktubundan danışdı
- Prezident BƏƏ-nin iş adamlarını qəbul etdi