İran və İsrail arasında asimmetrik müharibə olacaq - Markov

12:44 - 2 Avqust 2024 - GÜNDƏM

 İran və İsrail arasında asimmetrik müharibə olacaq - Markov

İran və İsrail arasında müharibə bütün bölgəni partlada bilər və qorxuludur. İki ölkə arasında böyük yox, iki kiçik asimmetrik müharibə olacaq.

BUTA.TV xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, İran və İsrail böyük münaqişənin qaçılmaz, nəticələrinin isə ağır olacağını anlayır:

“İranın strategiyası böyük müharibədən qaçmaqdır. Çünki İsrail nüvə silahından istifadə edib İranı məhv edə bilər. Buna görə də Tehran artıq apardığı və genişləndirə biləcəyi proksi müharibəsini davam etdirmək istəyir, çünki İsrailə nifrət edən çoxlu müsəlman var.

İsrail də İranla böyük müharibədən qorxur, çünki bütün İslam dünyası İsrailə qarşı hərəkətə keçib onu məhv edə bilər. İsrailə İranla simulyasiya edilmiş müharibə lazımdır. Sonra bu müharibə üçün o, ABŞ və Avropanın dəstəyini alacaq və HƏMAS, Hizbullah kimi proksi qüvvələri tədricən məhv edəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol