Bakıda bu avtobusların da hərəkəti dəyişdirilir

17:08 - 2 Avqust 2024 - GÜNDƏM

 Bakıda bu avtobusların da hərəkəti dəyişdirilir

Bakıda 21, 51 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Gəncə prospekti – Ceyhun Həsənov küçəsi - 8 Noyabr prospekti ilə təşkil ediləcək.

BUTA.TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Buna səbəb paytaxt yollarında aparılan təmir işləridir. Belə ki, sabahdan 8 Noyabr prospektində (Gəncə prospektindən Ceyhun Həsənov küçəsinə qədər - Gənclik parkı) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol