İstanbul-Səmərqənd reysini həyata keçirən “Uzbekistan Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, hava limanının bütün xidmətləri vəziyyətə operativ reaksiya göstərmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib.
“Airbus A320” təyyarəsi yerli vaxtla saat 18:45-də Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Səhhəti yaxşılaşdıqdan sonra özünün razılığı ilə sərnişin təyinat məntəqəsinə doğru yoluna davam edib.
Təyyarə yerli vaxtla saat 21:07-də Bakıdan Səmərqəndə yola düşüb.
- Ermənistan bu cür yox olacaq: 300 min azərbaycanlı gəlir və…
- Tarixi gün: Laçın aeroportunun açılış mərasimi keçirilir
- Fransa səfiri Azərbaycanın Müstəqillik Gününü təbrik etdi
- Sülh sazişinin tarixi ilə bağlı məsləhətləşmələr aparırıq
- Türkiyə XİN Azərbaycanı təbrik etdi - Foto
- Ukraynaya icazə verildi, Rusiyada qorxu başladı
- Gürcüstan daxili işlər naziri istefa verdi
- Ərdoğan Türkiyədən Laçına yola düşdü