Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının I turunda keçirilən "Araz Naxçıvan"la matçdan sonra mətbuat konfransında deyib.
"Qarşılaşmanı pis keçirmədik. Ümumi olaraq futbolçuların bəzi epizodlardakı davranışları məni narazı saldı. "Araz Naxçıvan"ın oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, rəqib mübarizə apardı. Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq", - Q.Qurbanov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının I turu çərçivəsində səfərdə "Araz Naxçıvan"la qarşılaşan "Qarabağ" 4:1 hesabı ilə qələbə qazanıb.
- Laçında Üçtərəfli Zirvə Toplantısı keçiriləcək
- Bu qərar şagirdlərdə psixoloji gərginlik yaradacaq - Ekspert
- Sülh üçün nadir fürsət var - Rubinyan
- Azərbaycan bundan ildə 300 milyon dollar gəlir əldə edə bilər
- “Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur!
- Kallasın xahişi ilə Prezident onu əfv edib...
- Laçın sakinləri Prezidenti, görün, necə qarşıladı - Video
- Laçında maraqlı dialoq: Sən mütləq general olacaqsan - Prezident