Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib.
Laçın rayonunun Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu həmin rayonun Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Süleymanov Əli sol ayağından xəsarət alıb.
Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
- Zəngəzur dəhlizindən nə qədər gəlir əldə olunacaq? - Uraloğlu
- Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik
- Matviyenko Mehriban Əliyevanı təbrik etdi
- İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - Video
- Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu
- Metroda suşi qonaqlığı: Rəhbərlik buna necə yol verib? - VİDEO
- Paşinyan Qarabağa görə SSRİ-ni ittiham etdi: Ermənistanın məhvi...
- Prezident: Bölgəmizdə yeni əməkdaşlıq formatı yaradılır