Avroviziya beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları İsveçrədə keçiriləcək Avroviziya-2025 mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimini elan edir.
Kult.az xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 15-nə qədər [email protected] elektron ünvanına göndərə bilər.
Göndəriləcək mahnılar tam hazır (sözlər, ifa, xronometraj) və Avroviziya mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2024-cü il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumatları da mütləq şəkildə təqdim etməlidir.
Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq.
Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!