“Qarabağ”ın gücünə inandığımız üçün biz ondan çox şey gözləyirik. Birinci mərhələdə “Qarabağ” yetərincə uğurlu çıxış edib.
Bu sözləri BUTA.TV-a açıqlamasında idman eksperti Amal Abuşov “Qarabağ”-“Ludoqorets” matçı ilə bağlı danışarkən deyib.
“Linkoln” ilə “Ludoqorets”i müqayisə edəndə görürük ki, səviyyələrində çox ciddi fərq var. Amma “Qarabağ”ın gücü məhz bu cür oyunlarda üzə çıxır. Ötən Avrokubok mövsümündə “Qarabağ” məşhur “Bayer” klubuna qarşı yetərincə cəsarətli və uğurlu çıxış edib. Qapıçı fərqimiz olsa da, “Qarabağ” indi də meydana həmin oyundakı heyət ilə çıxır”, - Abuşov bildirib.
Ekspert qeyd edib ki, III təsnifat mərhələsinin ilk oyunu Bakıda keçirilir, bu kimi hallarda isə çətinlik olur:
“Çünki rəqibi tanımırsan. Amma “Qarabağ”ın bu səddi də keçəcəyinə inanıram. Səfərdə oyuna rahat getməyimiz üçün bu gün meydanı qalib kimi tərk etməliyik. Hesab təxminimə gəlincə, “Qarabağ” “Ludoqorets”i 2:0 hesabı ilə məğlub edəcək”.
Qeyd edək ki, “Qarabağ”-“Ludoqorets” matçı bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video