19:09
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) matçının start heyətləri açıqlanıb.
BUTA.TV xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.
Komandalar aşağıdakı heyətlə meydana çıxacaqlar:
Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Kayo Vidal, Dua Kvadvo, Bernard Tekpetey.
***
"Qarabağ" - "Ludoqorets" qarşılaşması start götürdü.
***
Qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşdı: 0-0.
***
Matçda ikinci hissə oynanılır.
***
Almeyda 56-cı dəqiqədə "Ludoqrets"i hesabda önə keçirdi: 0-1.
***
65-ci dəqiqədə Juninyo hesabı bərabərləşdirdi: 1-1.
***
Vidal 87-ci dəqiqədə komandasını hesabda önə keçirdi: 1-2.
***
Vidal 90-cı dəqiqədə "Ludoqrets"i azlıqda qoydu.
***
"Qarabağ" "Ludoqrets"ə 2-1 məğlub oldu. Cavab görüşü bir həftə sonra rəqib meydanında keçiriləcək.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio