Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq.
BUTA.TV xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Osiyek"lə (Xorvatiya) ilk oyundan öncə keçirilən mətbuat konfransında deyib.
"Sabah bizi vacib oyun gözləyir. Rəqib komanda doğma meydanda sərfəli nəticə qazanmağa çalışacaq. Bizdə əlimizdən gələni edəcəyik ki, Bakıya bizə sərf edən hesabla geri qayıdaq. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. "Osiyek" maraqlı və baxımlı futbol nümayiş etdirir. Onların böyük azarkeş ordusu var. Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq", - R.Sadıqov bildirib.
Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.
- BMT Ağdamdakı mina partlayışını araşdıracaq
- Ermənistan sülh sazişinə bunu salmaq istəyirdi - Video
- Ştaynmayerin Azərbaycana səfəri başa çatdı
- İlham Əliyev və Ştaynmayer konsertdə iştirak etdi
- Ev sahibləri barışıq şərtini açıqladı: Bu məbləğ ödənilsə...
- Ştaynmayer İçərişəhərlə tanış oldu - Foto
- Ştaynmayer Ağ Şəhərdə - Foto
- Məhərrəmov torpağımda dəbdəbəli villa tikib - Polkovnik