Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Aslanovun oğlu Cəsarət Aslanov vəfat edib.
“BUTA.TV” xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, C.Aslanov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qeyd edək ki, Xəqani Aslanov 1992-ci ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub. Onun digər iki qardaşı Hasil və Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda Ağdam işğal olunduğu gün şəhid olublar.


- Nyu-Cersidə atışma: 2 ölü, 9 yaralı
- Bakıda leysan olacaq, rayonlara dolu düşəcək
- Gəmi qəzası: Ərdoğan türk xalqına başsağlığı verdi
- Maduro həbsxanadan fotosunu paylaşdı
- Putin yenə bizi məğlub etdi - Ferlinqer
- Antalyada meşəlik ərazidə güclü yanğın baş verdi
- Pezeşkian sabah bu türk ölkəsinə səfər edəcək
- Putin Retklifflə görüşüb? – Kremldən açıqlama